Tez-tez verilən suallar

Qeydiyyatdan keçmək lazımdırmı?

Xeyr. Yalnız istifadəçi adı və müəllimdən aldığınız giriş kodu ilə daxil olursunuz. E-poçt və ya telefon tələb olunmur.

Pulsuz oynaya bilərəmmi?

Bəli, ilk mərhələlər hamı üçün pulsuzdur. Qalan mərhələlər paket vasitəsilə açılır.

Giriş kodu nə üçün bir cihaza bağlanır?

Kodun paylaşılmasının qarşısını almaq üçün. İlk girişdə kod cihaza bağlanır. Cihazı dəyişmək lazımdırsa müəllim onu sıfırlaya bilər.

Cavabları görə bilərəmmi?

Xeyr. Düzgün ardıcıllıq serverdə saxlanılır və heç vaxt brauzerə göndərilmir. Səhv cavabda yalnız istiqamətverici izah göstərilir.

Növbəti məsələ niyə açılmır?

Mərhələlər ardıcıldır: cari məsələ həll olunmadan növbəti açılmır. Həmçinin məsələ paketinizə daxil olmalıdır.

Reytinqdə adım görünsün istəmirəm.

Müəllimə yazın — hesabınız reytinqdən gizlədilə bilər.

Ödənişi necə edirəm?

Paketlər səhifəsindəki karta köçürmə edir, qəbzi müəllimə göndərirsiniz. Təsdiqdən sonra giriş kodu verilir.