Məxfilik siyasəti

Hansı məlumatları toplayırıq

Yalnız istifadəçi adı, oyun nəticələri (bal, cəhd sayı, həll vaxtı) və texniki giriş qeydləri (tarix, IP, brauzer). E-poçt, telefon və şəxsi sənəd tələb olunmur.

Giriş kodları

Giriş kodları açıq şəkildə saxlanılmır — yalnız onların şifrələnmiş (hash) forması bazada olur. Eyni qayda cihaz və sessiya nişanlarına da aiddir.

Kart məlumatları

Sayt heç bir kart nömrəsi, CVV və ya bank məlumatı toplamır. Ödəniş birbaşa bank köçürməsi ilə aparılır.

Reytinqdə nə görünür

Yalnız istifadəçi adı, toplanan bal, həll olunmuş məsələ sayı və səviyyə. Buna görə istifadəçi adında şəxsi məlumat yazmaq olmaz.

Məlumatların silinməsi

Şagird müəllimə müraciət edərək nəticələrinin sıfırlanmasını və ya hesabın silinməsini istəyə bilər.

Uşaqların məxfiliyi

Platforma məktəb yaşlı şagirdlər üçün nəzərdə tutulub, buna görə şəxsiyyəti müəyyən edən məlumatlar qəsdən toplanmır.