İstifadə qaydaları

Giriş kodu şəxsidir

Kod yalnız onu alan şagird üçündür. Kodun başqasına verilməsi, satılması və ya paylaşılması hesabın bağlanmasına səbəb ola bilər.

Bir kod — bir cihaz

Kod ilk girişdə bir cihaza bağlanır və eyni anda yalnız bir aktiv sessiya mümkündür. Cihazın dəyişməsi müəllim tərəfindən sıfırlanır.

İstifadəçi adı

İstifadəçi adları reytinqdə görünür. Şəxsi məlumat və təhqiredici ifadə olan adlar müəllim tərəfindən dəyişdirilə və ya bloklana bilər.

Ödəniş və müddət

Paketlər müəyyən sayda oyun və müddət üçün verilir. Ödəniş qəbzi təsdiqləndikdən sonra kod aktivləşir.

Məzmun

Bütün məsələlər, izahlar və qrafik materiallar platformaya məxsusdur; icazəsiz surətini çıxarıb yaymaq olmaz.

Xidmətdə dəyişiklik

Oyunların sayı, qiymətlər və funksiyalar müəllim tərəfindən yenilənə bilər. Əsaslı dəyişikliklər saytda elan olunur.